backend

TƏKZİB

Bir müddət öncə saytımızda Laçın rayonunun Vağazın kənd sakini Əliqulu İbrahimov tərəfindən redaksiyamızın elektron poçtuna daxil olan məlumatlara əsasən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov və Laçın rayon İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Fizuli Tanırverdiyevlə bağlı tənqidi məqalə yayımlanmışdı. Həmçinin saytın 29.09.2014 – cü il tarixli sayında “Laçının icra başçısı Akif Səlimovun “korrupsiya addımları” yazısında rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Yusif Hüseynovun və rayon seçki komissiyasının sədri Hüseyn Səfərov barədə tənqidi yazı dərc etmişdik.
Sözügedən yazılar dərc edildikdən sonra məqalədəki bir sıra fikirlər cəmiyyətin ayrı-ayrı qrupları tərəfindən kəskin etirazla qarşılanmışdı. Məhz bunları nəzərə alan qaynarxett.az mövzunu yenidən araşdırmış və dəqiqləşdirmə aparılarkən bəlli olmuşdur ki, doğurdan da həmin yazıda həqiqətə uyğun olmayan məqamlar yetərincədir.
Bunu nəzərə alaraq biz həmin yazıdakı faktların yanlış olduğunu nəzərə çatdırmaqla yanaşı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimova və Laçın rayon İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Fizuli Tanırverdiyevə, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Yusif Hüseynova və rayon seçki komissiyasının sədri Hüseyn Səfərova üzrxahlıq edib, öz təəssüfümüzü ifadə edirik.