backend

Təfəkkür Universitetində saxta diplom qalmaqalı

Təfəkkür Universitetində saxta diplom qalmaqalı










Dağıstan filialından «köçürülən» tələbəyə verilmiş sənədi Təhsil Nazirliyi tanımayıb, valideynlər ali məktəbin qarşısında etiraz aksiyası keçirəcəklər

Adı son dövrlər qalmaqallı məsələlərdə hallanan Təfəkkür Universiteti ilə bağlı daha bir məlumat yayılıb. Bu dəfə də qalmaqallı hadisə baş verib. Özü də saxta sənədlə bağlı.

Məlumatda qeyd olunur ki, Təfəkkür Universitetinin «əsas çörək» yeri olan Dağıstan Filialından hər il yüzlərlə gənc Bakıdakı əsas ali məktəbə köçürülür. Tələbə köçürülməsi işini «uğurla» həyata keçirən rektor Müşfiq Atakişiyevin bunun müqabilində validyenlərdən fakültədən asılı olaraq 12 min manatdan 15 min manata qədər pul alır. Bu rəqəmin 20 min manata qədər yüksələ bildiyi də vurğulanır.

Bu günlərdə baş qaldırmış qalmaqal da elə bu köçürmə yolu ilə “Təfəkkür”ə “qəbul” olmuş tələbələrdən birinin diplomunun saxta olması olub. Belə ki, universitetin həmin şəxsə verdiyi diplomu Təhsil Nazirliyi tanımayıb. Və gəncə məlumat verilib ki, onun sənədi nazirlikdə qeydə alınmayıb və bu səbəbdən də saxtadır.

Mərəkə də bundan sonra qopub. Keçmiş tələbənin valideyni Təfəkkür Universitetinə gələrək, rektor Müşfiq Atakişiyevlə görüşmək istəyib. Ki, məsələyə aydınlıq gətirsin. Lakin rektor valideyni qəbul etməkdən imtina edib. İmtinanın səbəbi kimi isə işlərinin çox olmasını gösğərib.

Məlumatda deyilir ki, bu hadisədən sonra söhbət köçürmə yolu ilə Təfəkkürdə oxumuş digər tələbələrin valideynlərinə də çatıb. Onlar uşaqlarına verilmiş diplomu Təhsil Nazirliyində yoxlatdırmaq qərarına gəliblər. Əgər onların da sənədləri saxta çıxarsa, valideynlər Təfəkkür Universitetin qarşısında etiraz aksiyası keçirəcəklər.(jam.az)

Məsələni dəqiqləşdirmək üçün universitet rəsmiləri ilə əlaqə yarada bilmədik. Amma onların da mövqeyini dərc etməyə hazırıq.