backend

Təhsilimizin Orucəli Rzayev bəlasi

Təhsilimizin Orucəli Rzayev bəlasi












Müəllimlər İnistitunun Zaqatala filialının direktoru Orucəli Rzayevə qarşı ŞOK iddia

Facebook sosial şəbəkəsi istifadəçisi Ramil Sadıqlı, müəllimlər İnistitunun Zaqatala filialının direktoru Orucəli Rzayevlə bağlı ilginc məlumat paylaşıb.
“Təhsilimizin Orucəli Rzayev bəlasi var ki, neçə müddətdir davam edir. Mən onu 2000-ci ildə tələbəykən tanıyıram. O da GDU-da prorektor işləyirdi. O Universitetdə qanunsuzluğun və rüşvətin əsasını qoymuşdur. Təzəcə elimlər doktoru prafessor adı alanda hami bilirdi ki, bu ada görə o, 35 min manat pul verib. Mən bir dəfə ondan elmi işinin mövzusunu soruşdum. ”Bilmirəm” dedi. Təəcübləndim. İndi bu adam müəllimlər inistutunun Zaqatala filialının direktorudur. Aldığımız məlumata görə, Orucəli müəllim bu qanunsuz əməllərini əvvəlcə Mingəçevir, sonra Zaqatala filialına köçürüb. Bu qədər qanunsuzluq və aşkar maxinasiyalar edən O.Rzayev nəinki, istintaqa cəlb edildi, əksinə Aqiyə xanım onu Zaqatala filialına direktor göndərdi.”
Mənbənin Zaqatala filialında baş verənlərlə bağlı dediklərinə diqqət edək: ”Filialın işçilərinə əlavə əmək haqqıları yazılaraq adı işçilərin dadı isə Orucəli müəllimin olur. O. Rızayev sessiya imtahanlarında kəsrin birini 100-200 manata həll etməsi bir yana, katibəsi Əliyeva Çimnaz bakalavr diplomlarını 20 manata “xird” edir. O, bunu diplomların AMI-dən Telman Muradov tərəfindən pulla verilməsi ilə əsaslandırır. Bundan A.Naxçivanin xəbəri yoxmu? Bizə daxil olan məlumatlara görə Orucəli müəllim AMI-nin Zaqatala filialında yeni rüşvət qaydaları müəyyənləşdirib. O, qiş sessiyasi imtahanına yaxşı “hazırlaşıb”. Məsələn, onun müəyyənləşdirdiyi məzənnəyə görə tarix , ədəbiyyat fənninin imtahanı 180 manat, riyaziyyat fənnindən 200 manat, digər fənnlərdən isə 150 manat arasında rüşvət yığılıb. Proses yay imtahanında da davam etməlidir. Aldığımız məlumata gorə, digər tərəfdən O. Rızayev filialda çalişan işçilərin məvacibindən hər ay 100 manat rüşvət ala bilir. Filialda 60 işçinin çalişdığını nəzərə alsaq O.Rzayev hər ay 6 min manat, ildə isə, 72 min manat tabeçiliyində olan işçilərindən rüşvət toplayır. Bütün bu qanunsuz fəaliyyətinə görə Aqiyə Naxçivani Orucəli Rzayev kimi bir məmuru başqa daha cavan, perespektivli kadrla əvəz etməyin vaxtı çatması barədə düşünməlidir. Əks halda təhsilimiz Orucəlilərdən yaxa qurtara bilməyəcək.”
Araşdirmalarımız davam edir.

Ramil Sadiqli