backend

GÖYÇAYDA qanunsuzluq üstündə işdən çıxarılan məmur başçıya müavin gedir?

GÖYÇAYDA qanunsuzluq üstündə işdən çıxarılan məmur başçıya müavin gedir?















Bir müddət əvvəl mətbuatda haqqında yazılanalardan sonra Azəriqaz İB tərəfindən işdən uzaqlaşdırılan Göyçay Qaz İdarəsinin sabiq rəisi Murtuz Salahovun rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədova birinci müavin təyin ediləcəyi barədə rayonda xəbərlər dolaşır

Göyçaydakı mənbənin bildirdiyinə görə, Murtuz Salahov artıq müəyyən dairələrlə razılaşıb.
Mənbə onu da iddia edir ki, Murtuz Salahovun qanunsuzluqları törətməsində ona İH-nin başçısı Mansur Məmmədov himayədarlıq edib. Sabiq idarə rəisi onun adını hallandırmadığı üçün başçının etimadını qazanıb və müavin təyin edilməsi də məhz icra başçısının dəstəyi ilə baş tutacaq.
Qeyd edək ki, mətbuatda Murtuz Salahovun rayon qaz idarəsindəki qanunsuz əməlləri barədə silsilə yazılar dərc olunub. Yazılan məqalələrdə onun külli miqdarda qaz borularını sataraq pulunu mənimsədiyi qeyd olunurdu.