backend

“Müxalifət çox zəifdir, narazı adamları arxasınca apara biləcək lider də yoxdu”

“Müxalifət çox zəifdir, narazı adamları arxasınca apara biləcək lider də yoxdu”

























“Yaxın 15 ildə heç bir dövlət Azərbaycanda dövlət çevrilişi etmək üçün real addımlar atmayıb”

"Azərbaycan" qəzetinin ABŞ əleyhinə növbəti ittihamla çıxış etməsi və Vaşinqtonun hakimiyyəti devirmək üçün çeşidli ssenarilər qurması barədə yazı ilə çıxış etməsi onsuz da gərgin olan ABŞ- Azərbaycan münasibətlərində növbəti buzlaşma mərhələsinin başlanğıcını qoyub.
Deputat, AVP sədri Fəzail Ağamalı isə bir az da qabağa gedərək “ABŞ Azərbaycanda oyuncaq hökumət qurmaq arzusundadır” bəyanatını səsləndirib.
Doğrudanmı bu gün ABŞ və hansısa dövlət Azərbaycanda çevriliş etmək iqtidarındadır? Azərbaycanın təhlükəsizlik orqanları bu cür təhdidləri önləmək imkanındadırmı, yoxsa Amerika hansı ölkədə istəsə idarə olunan xaos nəzəriyyəsini asanlıqla həyata keçirməyə qadidir?
Keçmiş MTN zabiti İlham İsmayıl bu suallara cavabında deyir ki, bu iddiaların heç bir əsası yoxdur:
"İndiki beynəlxalq vəziyyətdə və bundan əvvəlki yaxın 15 ildə heç bir dövlət Azərbaycanda dövlət çevrilişi etmək üçün real addımlar atmayıb, o cümlədən ABŞ. Bu günlərdə anti Amerika təbliğatı açıq görünür və hesab edirəm ki, Milli Məclisin deputatının fikirləri də bu siyasətdən qaynaqlanır. Azərbaycanda daxili vəziyyət də kənar qüvvələrə hər hansı bir əsas vermir ki, ölkədə qarışıqlıq yaratsınlar. Müxalıfət çox zəifdir, narazı adamları arxasınca apara biləcək lider də yoxdu. Ölkədə daxili duruma nəzarət edən güclü polis qüvvələri, təhlükəsizlik orqanları, sadiq məmur heyəti var. Xaosla ölkə idarə olunmur. Azərbaycanda sürətli destabilizasiya yaratmaq imkanları daha çox şimal qonşumuzun imkanları daxilindədi, amma onun da belə bir addım atmaq niyyəti yoxdu, çünki iki ölkə arasında münasibətlər hər iki hakimiyyətin maraqları çərçivəsindədi."