backend

Sahibkarların pulunu ödəməyən İcra hakimiyyətlərinin işi araşdırılır

Sahibkarların pulunu ödəməyən İcra hakimiyyətlərinin işi araşdırılır


















Xeyli müddətdir ki, həm bölgələrdə, həm də Bakıda sahibkarlarla bəzi İcra hakimiyyətləri arasında ciddi problem yaranıb. Səbəb isə İcra hakimiyyətlərinin sahibkarları aldatmalarıdır. Belə ki, sahibkarlar gördükləri işin müqabilində almalı olduqları vəsaiti ala bilmirlər.

Məsələ ilə bağlı redaksiyamıza çox ilginc məlumat daxil olub. Aldığımız bilgiyə görə, ayrı-ayrı sahibkarların şikayətləri əsasında iş adamlarını işlədib vəsaitini verməyən İcra hakimiyyətlərinin siyahısı hazırlanıb. Yaxın zamanlarda məsələyə hüquq-mühafizə orqanları ciddi müdaxilə edəcək.
Hətta bəzi İcra Hakimiyyəti başçılarının məsələ ilə bağlı xəbərdarlıq aldıqları, çox yaxın zamanda sahibkarların pullarını ödəməyəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunacaqlarından xəbərləri var.
Aldığımız son məlumata görə məsələnin bu həddə gəlməsinə səbəb bəzi İcra hakimiyyətlərinin qanunsuz əməlləri nəticəsində sahibkarlara çatacaq vəsaitin fantastik həddə çatmasıdır.
Bəzi İcra hakimiyyətləti sahibkarlarla heç bir müqavilə bağlamadıqlarına güvənərək, məsələdən bir növ itkisiz çıxmağa çalışırlar.
Nədən ki, onlar sahibkarları müqaviləsiz işlədiblər və görülən işə görə sahibkarların vəsitini xərclədiblər. Ancaq indi məsələ ciddi olduğundan bütün narazı salınan sahibkarların şikayəti araşdırılır.