backend

Gəncədə məktəbin meydançasını satışa çıxardılar

Gəncədə məktəbin meydançasını satışa çıxardılar













"Gülüstan"da gülüstanlıq bir şey qalmadı...

Gəncədəki mənbələrimizdən verilən məlumata görə "Gülüstan" qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbin meydançası sökülərək həyətyanı torpaq sahəsi kimi əhaliyə satılır. Qeyd edək ki, həmin məktəb Vaqif adlı şəhid şagirdin adını daşıyır.
Bildirilir ki, adıçəkilən məktəb bir müddət öncə təmir olunsa da onun geniş meydançasına tamah salan rəsmilər nəfslərinə hakim kəsilə bilməyiblər və nəticədə qosqoca təhsil ocağının xeyli ərazisi vətəndaşlara satılıb. Məlumatyı bizə göndərən mənbə məktəbin həyətindəki sahələrin foto-videogörüntülərini də təqdim edib və oxucularımız özləri baxıb məsələnin nə yerdə olduğunu müyəyyənləşdirə biləcəklər.