backend

WikiLeaks yenidən qalmaqallı sənəd yayımladı – Sənəddə Türkiyənin də adı var

WikiLeaks yenidən qalmaqallı sənəd yayımladı – Sənəddə Türkiyənin də adı var


















WikiLeaks saytı bu dəfə də saxta pasportla digər ölkələrə girən MKİ agentlərinin diqqət etməsi lazım olan məqamları özündə əks etdirən bir sənədi yayıb

qaynarxett.az-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə ABŞ və MKİ-nə aid çox məxfi sənədləri ictimaiyyətə sızdıran WikiLeaks bu dəfə də maraqlı məlumatları yayıb.

Saxta pasportla digər ölkələrə girən MKİ agentlərinin diqqət etməsi lazım olan məqamları əks etdirən sənəddə Türkiyənin də adı var.

Həmin sənəddə bildirilir ki, Türkiyə hökuməti və MİT (Milli Kəşfiyyat Təşkilatı) bir şəxsin bir neçə pasport gəzdirməsini Türkiyəyə gəlişinin həqiqi səbəbini gizlətməsi kimi qiymətləndirir və xarici vətəndaşı geniş pasport yoxlamasından keçirmək üçün bəzən onu 24 saat sərhəddə gözlədə bilir.

WikiLeaks bir neçə gün bundan qabaq da təşkilat liderlərinə qarşı sui-qəsd təşkil olunması haqda MKİ-nin 2009-cu ildə hazırladığı bir sənədi yaymışdı. Həmin sənəddə ABŞ və digər ölkələrin təşkilatları zəiflətmək üçün istifadə etdiyi metodlar haqqında məlumat olub.