backend

Ceyhun Cəfərovun başı qalda

Ceyhun Cəfərovun başı qalda





















O, Bəylər Əyyubovun ümüdlərini doğrultmadı

Bakıya icra başçısı kimi gəlmək istəyirdi, Kürdəmirdən qaytarırlar...


Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla bağlı şok məlumatlar əldə etmişik. Xatırladaq ki, Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun adı bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi iə bağlı hallandırılır.
Yayılan informasiyaya görə, şöbə müdiri dekabrın 14-də sonuncu dəfə icra başçısı Ceyhun Cəfərovla danışıb və həmin söhbət kifayət qədər gərgin keçib. Belə ki, icra başçısı mərhum şöbə müdiri ilə kifayət qədər sərt danışıb və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin Baş Prokurorluq tərəfindən yoxlanmasının vacibliyini dilə gətirib. Mənbəmiz iddia edir ki, icra başçısı ilə mərhum şöbə müdiri arasında buna qədər də anoloji problemlər yaranıb. Belə ki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri, mərhum Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürüb. Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra maddi cəhətdən iflasa uğrayıb.
Məlumatlarda o da qeyd olunur ki, rayondakı "Heydər bulağı"nın ətrafını öz hesablına hasarladan Gülbala Əsədov eyni zamanda "Dördyol" adlanan ərazidən Mollakənd isqiqamətində yol kənarındakı səkilər təmir etdirib. Amma bütün bunlara baxmayaraq, mərhum şöbə müdiri ilə icra başçısı arasındakı gərginliyə son qoyulmayıb. Məlumat üçün bildirək ki, mərhum şöbə müdirinin qardaşı Kürdəmir rayonu Karrar kənd icra nümayəndəsi vəzifəsində işləyir. Onun qardaşının düşdüyü acınacaqlı durumla bağlı dəfələrlə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qəbulunda olub. Amma icra başçısı hər dəfə şöbə müdirinin danışığına belə qulaq asmayıb və bu da nəticə etibarilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun ürəyinin partlayıb ölməsilə nəticələnib.
Bildirək ki, buna qədər Kürdəmir RİH başçısına dəfələrlə xəbərdarlıq edilib. Belə ki, C.Cəfərovun Kürdəmir rayonuna icra başçısı təyin olunmasından az bir müddət keçməsinə baxmayaraq onun adı dəfələrlə qalmaqallı hadisələrdə hallanıb. Bununla bağlı oxucularımıza xatırladaq ki, C.Cəfərov bu ilin iyul ayında xidməti vəzifəyerini icazəsiz tərk edərək, qəza törədib, bunun ardınca Kürdəmir rayonunda bayrağın yandırılması haqda xəbərlər yayıldı, İcra Hakimiyyətinin yüksək çinli şəxslərinin həbsi, ardınca G.Əsgərovun ölümü...
Amma bütün bunlar da yekun deyil. C.Cəfərovun Kürdəmirə rəhbər təyin olunmasından sonra bu rayonda dini zəmində də xoşagəlməz olaylar yaşanır. Cumhuriyyət.az yazır ki, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri öz qohumu olan radikal dini müxalifətçiyə həvalə edib: «Həmin müxalifətçi şəxs rayonda vahabilərə arxa duraraq onları maliyyələşdirir. Ceyhun Cəfərov rayona rəhbər gələndən vəhabi qruplaşmaları həqiqətən də, oyanış əldə ediblər. Bu da ölkədə olan sabitliyə açıq hədə kimi başa düşülməlidir».
Məlumatda həmçinin bildirilir ki, bu hal cənab Cəfərovun Tərtər rayonunda rəhbər işlədiyi vaxtda da baş vermişdi. Uzun zaman, xüsusilə də Tərtərin icra başçısı işlədiyi dönəmlərdə Ceyhun Cəfərovun adı vəhabilərlə yaxın işbirliyində çəkilirdi. Həmin iddialara görə, icra başçısı harda olursa, onlara bütün şəraiti yaradır. Bu imkanlardan istifadə edən vəhabilər də Tərtərdə artıq bir neçə iri fermer kompleksi yaradıblar və heyvandarlıqla məşğul olurlar. Onlara yaradılan bir başqa şərait də odur ki, vəhhabilərə kimsə söz deyə bilməz.
Və redaksiyamıza danışan mənbə bildirir ki, artıq Kürdəmirdə də C.Cəfərovun vəhabi ortaqlarının sayı artıb. Onlar rayonda abadlaşdırma adı altında aparılan bəzək-düzək işlərində iştirak edirlər. Yerli sakinlər deyirlər ki, Kürdəmirdə ciddi şəkildə işsizlik problemi olmasına baxmayaraq, yalnız Tərtərdən gələn vəhabilər işə götürülür. Camaatı narahat edən məqam icra başçısı ilə vəhabilərin dost olması deyil. Onları narahat edən səbəb vəhabilərə bu qədər geniş şəraitin yaradılmasıdır. Üstəlik, bu iş adamı dindarların heç birinin kürdəmirli olmamasıdır. Mənbə deyir ki, Ceyhun Cəfərov zaman içində onlara digər şəraitlər yaratmağa da söz verib. Məsələn, artıq rayonun mərkəzindəki bəzi dükan və ticarət məkanlarının həmin vəhabilərin əlinə keçdiyinə dair məlumatlar var. Həmçinin o da vurğulanır ki, icra başçısı onlara maliyyə yardımları edərək, işlərini böyütmək üçün də imkanlar açır.
Son anda əldə etdiyimiz informasiyada bildirilir ki, dünən günorta saatlarında Kürdəmirin icra başçısı Ceyhun Cəfərov dekabrın 18-də günorta saatlarında Bakıya-Prezident Adminstrasiyasına çağırılıb. son baş verənlər isə Ceyhun Cəfərovun karyerasına nöqtə qoya bilər. Halbu ki, C.Cəfərovun karyerası ilə bağlı başqa planlar qurulmuşdu. İcra başçısı postuna Yasamal rayon İcra Hakimiyyətindən yüksələn Ceyhun Cəfərova hələ Tərtərə başçı göndərilərkən vəd verilib: «Ona bir-iki il ərzində Tərtərdə özünü doğrultmaq tapşırığı verilmişdi. Və bundan sonra onun Bakının rayonlarından birinə başçı gətiriləcəyi deyilib. Ceyhun Cəfərov da buna görə Tərtərdə müəyyən qədər özünü təsdiqləməyə çalışdı. Lakin onu Bakıya deyil, Tərtərlə müqayisədə paytaxta nisbətən yaxın Kürdəmirə göndərdilər. Yenədə ona vəd verilib. Amma bu dəfə onun əsas himayəçisi və yol göstərəni olan Rabitə Nazirliyinin aparat rəhbəri Viddadi Zeynalov vədini konkretləşdirib. Bildirilib ki, uzun illərdir Yasamalın icra başçısı olan İbrahim Mehdiyevdən narazılıq çoxaldığından onun vəzifədən alınması an məsələsidir və bu zaman həmin posta Ceyhun Cəfərovun təyinatı gündəmə gətiriləcək». Amma bütün baş verənlər C.Cəfərovun yüksəliş planının üstündən xətt çəkir. Nəzərə alsaq, hələ Tərtərdə olarkən general B.Əyyubovun çətiri altına düşən icra başçəları sırasındadır, onda baş verənlərdi həm də generalın fiaskosu kimi qəbul etmək olar.
Mövzunu diqqət mərkəzində saxlayacağıq.