backend

Zahid Abbasov niyə narahatdır?

Zahid Abbasov niyə narahatdır?















Yaxud, kim kimin çemodan daşıyanı olub?

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin Şuşa rayon mədəniyyət və turizm şöbəsində apardığı yoxlamaların şok təfərrüatları üzə çıxır
Bu günlərdə Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin Şuşa rayon mədəniyyət və turizm şöbəsində yoxlamalar aparması barədə məlumat əldə etmişik. Şuşa rayon icra aparatından adının çəkilməsini istəməyən mənbənin bizə verdiyi məlumatda bildirilir ki, artıq yoxlamalar tamamlanmamış şöbənin əhatə etdiyi mədəniyyət və təhsil müəssisələrində büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı bir sıra dəhşətli faktlar üzə çıxıb. Söhbət yüz minlərlə manat büdcə vəsaitinin ayrı-ayrı hesablara səpələnməsindən gedir. İş o yerə çatıb ki, həmin faktların ört-basdır edilməsi üçün şöbə müdiri Zahid Abbasov təftişçilər qarşısında müəyyən öhdəlik götürməli olub. Lakin bu yoxlamaların "bəhrəsini" təftişçilər yuxarılardan xəbərsiz öz aralarında bölüşdürüblər. Bu isə Zahid Abbasovun narazılığına səbəb olub. Məlumatda öhdəliyin maddi ekvivalenti barədə də ilginc faktlar yer alır. Aydındır ki, təftişçilərin çemodan daşıyanı bu dəfə Koçaryan olmayıb. Hələ ki, yoxlama gedir...
Qeyd edək ki, Şuşa rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov komsomolda işlədiyi vaxtlarda Robert Koçaryanın rəhbəri olub. Sonralar Koçaryanı özünün çemodan daşıyanı kimi təqdim edən Zahid müəllim bu barədə bir müddət əvvəl Ermənistanın eks-prezidenti Koçaryanla bağlı ilginc açıqlamalar vermişdi. Lakin açıqlamalarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək jurnalistlərə nəsib olmamışdı. Bu səbəbdən də Zahid müəllimlə Koçaryan arasında baş vermiş sıcaq münasibətlərin əsas baza sualı-kim kimi çemodan daşıyanı olub məsələsi hələlik açıq qalır...
P.S. Vüqar müəllim, o dostun Məşuda de, sözünün üstündə dursun dana, alıb-aldatmaq zamanı deyil axı...
Zahid Abbasovu narahat edən nədir?-sualına gələn saylarımızda aydınlıq gətirmək tək bizim borcumuz deyil ha, unutmayın əziz oxucular. Məsələyə siz də münasibət bildirin!

"Qaynar xətt"