backend

İlham Əliyev səs verdi

İlham Əliyev səs verdi






















6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu

Dekabrın 23-ü Azərbaycanda növbəti bələdiyyə seçkiləri günüdür.

qaynarxett.az AzərTAc-a istinadən xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.

Prezident İlham Əliyev səs verdi. Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.