backend

Bakıda qardaş bacısını amansızlıqla öldürdü

Bakıda qardaş bacısını amansızlıqla öldürdü






















Faktla bağlı cinayət işi içi açılıb

Bakıda 27 yaşlı qardaş 25 yaşlı bacısını dəsmalla boğaraq qətlə yetirib.

qaynarxett.az-nun məlumatına görə, bu barədə Trendə Xəzər Rayon Prokurorluğundan informasiya verilib.

Dekabrın 22-də saat 12:00 radələrində Xəzər rayonu Şüvəlan qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tofiq Qədirov bacısı 1989-cü il təvəllüdlü Ramiləni aralarında baş vermiş mübahisə zəminində dəsmalla boğub.

Hadisə ilə bağlı Tofiq Qədimov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bir necə gün öncə də anoloji hadisə baş vermişdi. Yevlax sakini Mingəçevirdə bacısını qətlə yetirərək meyitini Kür çayına atmışdı.