backend

Azərbaycanda məscid yandı

Azərbaycanda məscid yandı
























Nazirlik məlumat yayıb

Azərbaycanın Masallı rayonunda yanğın hadisəsi baş verib.

qaynarxett.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə yerinə 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.

Nəticədə ümumi sahəsi 150 kvadratmetr olan məscid içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.

İlkin versiya kimi yanğının qaz sobasından başladığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.