backend

Gəncədə gəlin keçmiş qayınanasının üzərinə kimyəvi maddə tökdü

Gəncədə gəlin keçmiş qayınanasının üzərinə kimyəvi maddə tökdü






















Faktla bağlı araşdırma aparılır

Gəncədə gəlin keçmiş qayınanasının üzünə kimyəvi maddə tökərək xəsarət yetirib.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Kəpəz rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə şəhər sakini, 33 yaşlı Ayşən Muradova şəxsi münasibətlər zəminində keçmiş qayınanası, 47 yaşlı Zemfira Muradovanın üz nahiyəsinə məişətdə istifadə edilən təmizləyici kimyəvi maddəni tökərək xəsarət yetirib.

Zərərçəkmişə xəstəxanada ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.