backend

Türkiyədə dəhşətli hadisə: Azərbaycanlı, türkiyəli qadın və qətl

Türkiyədə dəhşətli hadisə: Azərbaycanlı, türkiyəli qadın və qətl






















"Onun əri dedi ki, arvadımı pis yola salacaqsınız”

Bu il dekabrın 13-də Türkiyədə, Qaziosmanpaşada özəl xəstəxanalardan birinin qarşısında törədilmiş qətlin təfərrüatı məlum olub.

qaynarxett.az Lent.az-a istinadən xəbər verir ki, həmin vaxt yaralı qadın xəstəxananın qarşısına yaxınlaşan ağ rəngli avtomobildən aşağı atılıb.

Xəstəxanada reanimasiyaya yerləşdirilən qadının tapança ilə vurulduğu məlum olub. 23 yaşlı qadın vəziyyəti pis olduğundan başqa xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Qadının üzərində şəxsiyyətini müəyyən etməyə kömək edən hər hansı bir sənəd tapılmayıb. Qısa araşdırmadan sonra polis öldürülən qadının 23 yaşlı Yüksel Ela olduğunu müəyyən edib. Məlum olub ki, Yüksel Elanın mobil telefonunda öldürüldüyü gecə Azərbaycan vətəndaşı olan kişi S.B ilə danışıb.

Bu faktın üzə çıxmasından sonra polis S.B-nı saxlayıb. S.B verdiyi ifadəsində cinayət işinin açılmasına birbaşa təsir göstərəcək etiraflar edib. O, hadisə baş verən günü Yüksel Ela ilə birlikdə Sultanqazi qəsəbəsində qadın dostlarını götürməyə getdiklərini bildirib: “Ancaq qəfildən qadının əri qarşımıza çıxdı. O, dedi ki, arvadımı aparmağa gəlmisiniz? “Onu pis yola salacaqsınız” deyərək Elanın üstünə hücum çəkdi. Daha sonra da silahını çıxararaq Elaya atəş açıb qaçdı. Çox qorxmuşdum. Nə edəcəyimi bilmirdim. Onu xəstəxananın qarşısına qoyub oradan qaçdım”.

Polis bu ifadədən sonra şübhəli G.B-nin axtarışlarına başlayıb. Sultanqazi qəsəbəsində keçirilən əməliyyat zamanı G.B silahla polisə müqavimət göstərib. Lakin, nəticədə G.B ayağından vurularaq tutulub.

G.B polisə ifadə verməkdən imtina edib.