backend

Səlim Müslümov: Azərbaycanda işsizlik 5% təşkil edir

Səlim Müslümov: Azərbaycanda işsizlik 5% təşkil edir























“MDB məkanında işsizlik səviyyəsi xeyli yüksəkdir”

Azərbaycanda işsizlik səviyyəsi 5% olduğu halda MDB məkanında, hətta bir çox Avropa Birliyi ölkələrində bu göstərici xeyli yüksəkdir.

2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatında qeyd olunurdu ki, işsizlik səviyyəsi Azərbaycanda 5,6%-dir. Fransada 9,7%, Latviyada 19,5%, Bolqarıstanda 10,3% olub. Əgər sonrakı illərdə iqtisadi böhranın nəticələrinin MDB və Avropa Birliyi ölkələrində işsizlik səviyyəsinin ciddi şəkildə yüksəlməsinə səbəb olduğunu nəzərə alsaq, bu fərqin daha da çoxaldığı aydın olar”.

qaynarxett.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov www.yap.org.az saytına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, işsizliyin azaldılması istiqamətində ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən də işlər görülür.

“Bu ilin ötən dövründə bu orqanlara iş üçün müraciət edənlərin təxminən 62%-i, yəni 27727 nəfər münasib işlə təmin edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,7% çoxdur. Haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin sayı 1587 nəfər, Əmək Birjaları tərəfindən müvəqqəti xarakterli işlərlə təmin edilənlərin sayı isə 3939 nəfər təşkil edib. Bu vətəndaşların demək olar ki, böyük bir qismi məhz gənclərdən ibarətdir”.

“Hazırda Azərbaycan gənclər arasında ən aşağı işsizlik həddi olan ölkələrdən biridir. Belə ki, ölkəmizdə ümumi işsizlik səviyyəsi 5% olduğu halda 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9%, 15-24 yaş arasında olanlar üzrə isə 13,5% olmaqla dünyanın digər ölkələrindəki göstəricilərdən aşağıdır”- deyə, o bildirib.