backend

Moskvada Qarabağ qərarı

Moskvada Qarabağ qərarı


















Dünən Rusiyanın paytaxtı Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası olub

ANS press-in məlumatına görə, iclası Tacikistan prezidenti Emomali Rahmon aparıb.

Tədbir başlamadan öncə Rusiya prezidenti Vladimir Putin Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan həmkarlarını salamlayıb.

"Sammit çərçivəsində bir sıra sənədlərin imzalanması planlaşdırılır", - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, iclas əvvəlcə dövlət başçılarının iştirakı ilə məhdud formatda keçiriləcək. Bundan sonra genişləndirilmiş tərkibdə iclas olacaq. Sammitin nəticəsinə görə, 22 sənədin imzalanması planlaşdırılır. Sənədlər arasında bir bəyanat, 19 qərar və 2 protokol öz əksini tapacaq.

Planlaşdırılan qərarların arasında narkotik əleyhinə strategiya üzrə sənədlər, fövqəladə vəziyyətlərə kollektiv münasibət göstərmə sisteminin inkişafı üzrə tədbirlər planı, informasiya sferasında cinayətkar fəaliyyətin əks təsiri üzrə qarşılıqlı təsir haqqında protokol da var.

Rusiya prezidentinin köməkçisinin sözlərinə görə, dövlət başçılarının ortaq bəyanatında terrorizm təhlükəsinin artmasına olan narahatlıq ifadə ediləcək. Eyni zamanda, bəyanatda Ukraynada sülhün bərpası və Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınmasına ehtiyac olduğu vurğulanacaq. Həmçinin, Uşakov qeyd edib ki, sammitdə xüsusilə narkotrafiklə mübarizəyə də diqqət ayırılacaq.