backend

Bakıda dönərdə ölmüş heyvan əti aşkarlanıb

Bakıda dönərdə ölmüş heyvan əti aşkarlanıb






















“Təhlükəsizlik tələbləri yerinə yetirilsin...”

Azərbaycanda ölmüş heyvanların ətindən dönərdə istifadə edilməsi ilə bağlı faktlar aşkarlanıb.

qaynarxett.az xəbər verir ki, bunu “APA-Economics”ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib.

Komitə sədrinin sözlərinə görə, artıq bununla bağlı monitorinqə başlanıb.

“Biz istəyirik ki, bu dönər ətləri kustar üsulla, yəni, dönərxanaların özündə yox, müasir standartlara cavab verən müəssisələrdə hazırlansın. Bu ətlərin xaricdən də gətirilməsi mümkündür. Amma əsas tələbimiz odur ki, dönər ətinin istehsalı zamanı təhlükəsizlik tələbləri yerinə yetirilsin”, - deyə R. Həsənov qeyd edib.