backend

Moskvada azərbaycanlı vyetnamlını qarət etdi

Moskvada azərbaycanlı vyetnamlını qarət etdi



















Onun içində 10 milyon rubl olan çantası oğurlandı

Rusiya polisi bu ilin oktyabrında Moskvada Vyetnam vətəndaşına qarşı törədilmiş oğurluq faktının üstünü açıb.

Rusiya DİN-in mətbuat mərkəzindən bildirilib ki, cinayət Sovxoznı küçəsində törədilib.

Maskalı bir neçə naməlum şəxs Vyetnam vətəndaşına hücum edib ondan 10 milyon rublun (135 000 manat) olduğu çantanı oğurlayıblar.

Aparılmış əməliyyat axtarış tədbirləri nəticəsində qarətçilərdən biri dekabrın 23-də saxlanılıb. O, işsiz olan Azərbaycan vətəndaşıdır.

İstintaq artıq digər qarətçilərin də şəxsiyyətini müəyyən edib. Hazırda polis əməkdaşları həm onların, həm də oğurlanmış pulların yerini axtarır.