backend

Lerikdə arvadını, qayınanasını öldürən məmur oğlundan xəbər var - YENİLƏNİB

Lerikdə arvadını, qayınanasını öldürən məmur oğlundan xəbər var - YENİLƏNİB
























Onların 4 yaşlı oğlu və 3 aylıq qızları qalıb

Ötən gün həyat yoldaşı və qayınanasını güllələyən Cəmaləddin Cəbrayıl oğlu Surətovun qətli “Vinçester” markalı ov tüfəngi ilə törətdiyi bəlli olub.

Qaynarxettşinfo xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, o, əvvəlcə qayınatasının yanına gəlib onunla birlikdə evə getməsini istəyib. Qayınatası isə “sən get, mən də sonra gələrəm” deyib.

Cəmaləddin Surətov da evə gedərək dəhşətli qətli törədib. Daha sonra qayıdaraq qayınatasına “indi get, səni orada gözləyirlər” deyib və Lerikdə doğulduğu evdə intihar edib.

24 yaşlı qadınla 33 yaşlı Cəmaləddinin 4 yaşlı oğlu və 3 aylıq qızları qalıb. Daha bir diqqət çəkən məqam isə ailənin böyük övladı - 4 yaşlı oğulun ağır halda Lənkəran Mərkəzi Xəstəxanasına gətirilməsidir. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti ağırdır. Uşağın nə səbəbdən ağır xəsarət aldığı isə hələlik bəlli deyil.

Məlumata görə, ailə daxilində münaqişə olmayıb. Hər iki ailə ali təhsilli ziyalı ailəsi olub. Surətov Cəmaləddinin atası rayon təhsil şöbəsinin müdir müavinidir və o, gəlinindən heç vaxt narazı olmadığını deyib.

Qətlə yetirilən 24 yaşlı Məhsəti Surətova Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Cəmaləddin Sürətov da ali təhsilli iqtisadçıdır.

Xatırladaq ki, Lerikdə doğulan, hazırda Sumqayıtda yaşayan 33 yaşlı Surətov Cəmaləddin Cəbrayıl oğlu 25 yaşlı həyat yoldaşı Məhsəti Bağır qızı Surətovanı və qayınanası, 57 yaşlı Əliyeva Leyla Rəcəb qızını ov tüfəngindən açdığı atəşlə öldürüb. Sonra o, atasının doğulduğu Pirzəküçə kəndinə gedərək evlərində həmin ov tüfəngi ilə özünə atəş açıb və hadisə yerindəcə keçinib.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

22:17

Azərbaycanın Lerik rayonunda dəhşətli ailə faciəsi baş verib.

Qaynarxettşinfo-nun APA-ya istinadən verdiyi məlumata əsasən, hadisə dekabrın 23-də Lerik şəhərində qeydə alınıb. Lerik rayon sakini, 33 yaşlı Camaləddin Cəbrayıl oğlu Surətov şəxsi münaqişə zəminində qayınanası, 57 yaşlı Laləni, həyat yoldaşı, 24 yaşlı Məhsətini odlu silahla qətlə yetirib və daha sonra uşaqlarını özü ilə götürərək doğulub boya-başa çatdığı rayonun Pirzəküçə kəndinə yollanıb. Daha sonra orada özünü də ölümcül yaralayıb. Xəstəxanaya çatdırılan C.Surətovun həyatını xilas etmək mümkün olmayıb. Qətlin səbəbləri barədə hər hansı bir açıqlama verilmir.

Məlumata görə, qətl hadisəsini törədən şəxs Sumqayıt şəhərində işləyib, iki gün öncə isə ailəsinin yanına rayona qayıdıb.

Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırmalara başlayıblar.