backend

Oliqarx vəkil Paşayevi kabinetində döydü: “Prezidentlə şəklini göstərib dedi ki...”

Oliqarx vəkil Paşayevi kabinetində döydü: “Prezidentlə şəklini göstərib dedi ki...”











Azərbaycanlı milyarder-oliqarx şərikinin arvadının boşanma işinə vəkillik edən Elman Paşayevi kabinetində döyüb

qaynarxett.az xəbər verir ki, bu qalmaqal barədə pravo.ru portalı yazır.

Bildirilir ki, vəkil Elman Paşayevin üzərinə götürdüyü boşanma işi onun Rusiyanın ən varlı adamlarından biri tərəfindən döyülməsi ilə nəticələnib. Bu əhvalatdan az sonra “İzvestiya” qəzetində E.Paşayevi şantaj və fırıldaqçılıqda ittiham edən məqalə dərc olunub.

Prosesin sonunda qəzetin saytından silinən bu məqaləyə görə Paşayev məhkəməyə müraciət edib və şərəf-ləyaqətinin təhqir olunmasına görə 20 milyon rubl tələb edib. O, iddia ərizəsində göstərib ki, ABŞ-dan olan müştərisi həmin məqaləni oxuyandan sonra müqaviləni dayandırıb.

Bəs əhvalat necə baş verib...

Belə məlum olur ki, ötən il sentyabrın 8-də Qalina Vasilyeva ərindən - “Redisson-Slavyanskaya” otelinin direktor müavini Mixaildən boşanması iddiası üzrə prosesdə maraqlarının müdafiəsi üçün vəkillər Elman Paşayev və Anna Butırina ilə müqavilə bağlayıb. Qalina vəkillərə 100 min dollar qonorar vəd edib.

Bu iddia üzrə ilk proses 2014-cü il, oktyabrın 2-də olub. Sənədlərə əsasən avqustun 11-dən 26-na qədər Vasilyeva əri ilə birlikdə Monakoda istirahətdə olub. Biznesmen həyat yoldaşının boşanma iddiasından xəbər tutanda təəccüblənib, çünki boşanma üçün səbəb görməyib. Hakim ər-arvadın barışması üçün onlara bu il oktyabrın 24-nə qədər vaxt verib.

Paşayevin dediyinə görə, bu boşanma işi və onun nəticələri vəkilin özünün oktyabrın 17-də Moskvanın Simonovsk rayon məhkəməsinə müraciət edərək şərəf və ləyaqətinin qorunması üzrə iddia qaldırmasına səbəb olub. İddia Vasilyevanın özünə və “İzvestiya” qəzetinə qarşı qaldırılmışdı.

Məsələ bundadır ki, oktyabrın 2-də keçirilən məhkəmə iclasından sonra vəkilə zəng edərək Butırina ilə birlikdə ər-arvad arasında barışıq razılaşmasının şərtlərini müzakirə etmək üçün görüşə çağırıblar. Paşayevin həmkarının işi çıxdığı üçün o, görüşə tək gedib.

Paşayevin iddia ərizəsində göstərilir ki, görüş “Yevropeyskiy” ticarət mərkəzinin ofisində təyin edilmişdi, orada onu Mixail Vasilyev ilə Azərbaycan əsilli yəhudi milyarder, həmin ticarət mərkəzinin sahiblərindən biri Qod Nisanov gözləyirdi.

Oliqarx vəkil Paşayevi kabinetində döydü: “Prezidentlə şəklini göstərib dedi ki...”






























Qod Nisanov

“Forbes”in qiymətləndirmələrinə görə, Nisanovun sərvəti 2014-cü ildə 3,6 milyard dollar olub və o, Rusiyanın 100 ən varlı adamı arasında 31-ci yerdədir.

Bundan başqa jurnal qeyd edib ki, milyarderin ailə dostu İlham Rəhimov prezident Vladimir Putinlə bir kursda oxuyub və hələ də onunla dostluq edir.

Paşayevi necə döyürlər...

Görüşdə Paşayevə təklif edirlər ki, “sanballı mükafat” qarşılığında bu boşanma işindən çəkilsin. Vəkil rədd cavabı verəndə mühafizəçilər otağa çağırılır və hüquqşünasın dediyinə görə, onun əl-qolunu burub diz üstə çökdürürlər.

Paşayev deyir ki, Vasilyev və Nisanov onu şəxsən döyməyə başladılar. Sonra Nisanov vəkilə divardakı fotonu göstərib. Həmin fotoda Putin milyarderi medalla təltif edirdi. Bununla milyarder demək istəyib ki, onun başının üstündə “krışası” var və sonra vəkilə xəbərdarlıq edib: əgər bu baş verənlər haqda kiməsə danışsa, sağ qalmayacaq.

Oliqarx vəkil Paşayevi kabinetində döydü: “Prezidentlə şəklini göstərib dedi ki...”




















Daha sonra vəkili iki saat əl-qolu bağlı saxlayıblar, hansısa məqamda onun cibinə narkotik atmaq istəyiblər, ancaq fikirlərindən daşınıblar.

İnsidentdən sonra Paşayev döyülməsini sənədləşdirib və Rusiya İstintaq Komitəsinə, Prezident Administrasiyasına, Moskva prokuroruna və Vəkillər Palatasına (həm Moskvanın, həm də Krasnodarın) müraciət edib. Bu müraciətlərin nəticəsi məlum deyil.

2014-cü il, oktyabrın 15-də - Paşayevin döyülməsindən iki həftə sonra “İzvestiya” qəzetinin saytında məqalə dərc olunub. Həmin məqalə hazırda saytdan silinib, ancaq internetin arxivində qalır.

Orada Vasilyevin sözlərinə istinadən və sonradan Nisanovun nümayəndəsinin təsdiq etdiyi kimi, “onun tövsiyəsi əsasında” yazılmışdı ki, Paşayev şantajçıdır. Onun familiyası dəfələrlə qalmaqallarda və kriminaı hadisələrdə hallanıb.

Vasilyev özü məqalədə vəkilin döyülməsi haqda bunları deyirdi: “Bu, başdan ayağa şantaj və təzyiqdir. Mən bu absurdu heç şərh etmək də istəmirəm”.

Mətndə deyilirdi ki, biznesmen Krasnodar Vəkillər Kollegiyasına Paşayevin “vəkilliyə layiq olmayan davranışlarından” şikayət edib. Vasilyev təxmin edirdi ki, vəkil onun arvadının arxasınca təsadüfən düşməyib və Paşayevin onların aktivlərində, əmlakında gözü var.

Otelin direktor müavininin sözlərinə görə, onun xanımı vəkilin şübhəli keçmişi haqda öyrənəndə oktyabrın 30-da ona verdiyi etibarnaməni ləğv edib. M.Vasilyev onu da deyib ki, Paşayevin vəkillik statusu Moskva Vəkillər Palatası tərəfindən hələ 2011-ci ildə ləğv edilib.

Oliqarx vəkil Paşayevi kabinetində döydü: “Prezidentlə şəklini göstərib dedi ki...”











Elman Paşayev

Paşayev isə iddia ərizəsində göstərib ki, 2013-cü il, fevralın 26-da Rusiyanın Ədliyyə Nazirliyinin Krasnodar vilayəti üzrə idarəsi tərəfindən verilmiş vəkil vəsiqəsinə malikdir.

Ancaq Vəkillər Palatasından pravo.ru-ya deyiblər ki, Paşayev 2014-cü il, oktyabrın 31-də, iddia ərizəsini təqdim edəndən iki həftə sonra vəkil statusundan məhrum edilib.

“İzvestiya” məqaləni silir, məhkəmə Paşayevin iddiasını təmin etmir

İddia ərizəsində Paşayev “İzvestiya”dan həmin məqaləyə təkzib verilməsini və mənəvi zərəri qarşılamasını tələb edirdi. O, qəzetdən və Vasilyevdən 20 milyon rubl tələb edir. Bu iddiaya noyabrın 26-da hakim Xızır Mussakayevin sədrliyi ilə baxırlar.

Prosesdə M.Vasilyevin özünü təqdim etməyən nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsini tələb edib. Hakim razılaşıb və ərizəçiyə bildirib ki, şərəf-ləyaqətinə necə zərər dəydiyini ətraflı təsvir etməlidir. Vəkil məqalədə irəli sürülən ittihamların ona necə zərər vurduğuna dair dəilləri təqdim edib. İddia üzrə yekun proses dekabrın 17-də olub.

Məhkəmədə Paşayev deyib ki, onun M.Vasilyevin arvadı ilə telefon danışıqları var. Həmin telefon danışıqlarında qadın deyir ki, əri və biznesmen Nisanov ona təzyiq edərək boşanma iddiasnı geri götürməyi tələb edirlər. Bu təzyiqlər nəticəsində Vasilyeva vəkillə müqaviləsini dayandırıb.

Vəkil deyir ki, Nisanovun və Vasilyevin arxasında Putinin tələbə yoldaşı, yəni İlham Rəhimov dayanır. Məhz onlar qəzetə həmin məqaləni sifariş ediblər və Vəkillər Palatasına təzyiq edərək onu vəkillik statusundan məhrum ediblər.

“İzvestiya” qəzeti Paşayev barədə məqaləni prosesdən əvvəl saytından sildiyi üçün məhkəmədə vəkil qəzetə qarşı iddiasını geri götürüb. Ancaq M.Vasilyevdən kompensasiya tələb edib. Məhkəmə isə onun iddiasını bütövlükdə təmin etməyib.