backend

2015-ci ildə Azərbaycanda əhalinin əmanətlərindən vergi tutulacaqmı?

2015-ci ildə Azərbaycanda əhalinin əmanətlərindən vergi tutulacaqmı?


















“Bu məsələni araşdıracağıq”

Azərbaycanda 2015-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin bank əmanətlərinin hesablanan dividendlərin yenidən gəlir vergisinə cəlb olunması ilə bağlı bizim tərəfimizdən elə bir müsahibə, şərh verilməyib. Bu məsələni araşdıracağıq.

qaynarxett.az xəbər verir ki, bu sözləri Azərbaycanın Əmanətlərin Sığortalanması Fondunun (ADİF) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Emil Əmirov bildirib.

“Bu məsələ ilə bağlı ADİF-in adının çəkilməsi düzgün deyil, çünki Fond rəsmiləri məsələ ilə bağlı heç bir şərh verməyiblər. Lakin ola bilsin ki, əmanətlərin vergiyə cəlb olunması ilə bağlı qərar qəbul edilsin”.

Qeyd edək ki, mətbuatda Azərbaycanda 2015-ci il yanvarın 1-dən etibarən fiziki şəxslərin bank əmanətlərinin hesablanan dividendlər yenidən gəlir vergisinə cəlb olunacağı haqqında xəbər yayımlanmışdı. Məlumatda qeyd olunurdu ki, gələn ildən 10% dərəcəsi ilə tətbiq olunan bu vergi yenidən qüvvəyə minəcək.

Xatırladaq ki, Azərbaycanda artıq bir neçə ildir “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Hər il Azərbaycanın Milli Məclisi bu qanunun müddətinin daha 1 il artırılması barədə qərar qəbul edir.