backend

Ceki Çan oğluna görə xəcalət çəkir

Ceki Çan oğluna görə xəcalət çəkir
























“Oğluma kömək etmək üçün heç vaxt əlaqələrimdən istifadə etməmişəm”

Aktyor Ceki Çan, Çində “digərlərinə narkotikdən istifadə üçün şərait yaratmaqda” ittiham olunan oğlu Ceysona görə xəcalət çəkdiyini bildirib. Bu barədə Reuters xəbər verir.

“Mən ümid edirəm ki, o, gələcəkdə narkotiklər haqqında neqativ fikir söyləyə və öz təcrübəsini gənclərlə bölüşməyə başlaya bilər”, - deyib, qaynarxett.az Qazeta-ya istinadən bildirir.

O həmçinin qeyd edib ki, həbsxana gözləyən oğluna kömək etmək üçün heç bir zaman öz əlaqələrindən istifadə etməyib.

Bu ilin avqust ayında aktyor və müğənni Ceysi Çan polis tərəfindən saxlanılıb. Testlər 32 yaşlı Çanın qanında narkotik maddələrin olduğunu göstərib, onun evində isə 100 qram marixuana tapılıb.