backend

Paytaxtda dəhşət: Piyadanı vurub üstündən keçdilər

Paytaxtda dəhşət: Piyadanı vurub üstündən keçdilər
























Faktla bağlı cinayət işi açılıb

Gecə saatlarında Sabunçu rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə “Koroğlu” metrosunun yaxınlığında qeydə alınıb. “VAZ 2107” markalı avtomobilin sürücüsü Mərdəkan istiqamətində hərəkətdə olarkən qəfil yolu qaçaraq keçmək istəyən piyada - 45 yaşlı İntiqam Məmmədovu vurub. Daha sonra arxadan gələn digər avtomobil də piyadanın üstündən keçib.

Piyadanı vuran avtomobilin sürücüsü onu ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanaya çatdırsa da, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. İlkin ehtimallara görə hadisənin baş verməsinə, piyadanın yol hərəkət qaydalarını pozması və yüksək sürət səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.