backend

Rusiya hərbi sirləri yaymaqla Azərbaycana savaş açdı

Rusiya hərbi sirləri yaymaqla Azərbaycana savaş açdı














“Rusiyanın ən önəmli xəbər agentliyinin dünyada siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya açması təsadüfi deyil”

qaynarxett.az-nun məlumatına görə, bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Rusiyanın bu addımla Bakıya mesaj göndərdiyini bildirib:

“Biz NATO Əməkdaşlıq İnstitutu olaraq bir neçə ay öncə Axar.az vasitəsiylə Rusiya peyklərinin Azərbaycan ordusunun hərəkət istiqaməti və hərbi hissələrin yerləşdiyi yerləri haqda məlumat topladığını söyləmişdik. Rusiyanın ən önəmli xəbər agentliyinin dünyada siyasi proseslərin sürətlə dəyişdiyi bir vaxtda Azərbaycanın dövlət sirlərini mediaya açması təsadüfi deyil. Bu məlumatları onlara təbii olaraq Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi (QRU) və FTX (FSB) verir. Səbəb isə Azərbaycanın hərbi sirlərini bildiklərini göstərməkdir. Bu həm də Rusiyanın Azərbaycana dolayı yolla savaş açması anlamıdır. Bunlar çox ciddi informasiyalardır. Əgər Rusiyanın hansısa bir xəbər agentliyi bunları yayırsa, deməli, Rusiya dəstək verdiyi Ermənistana da bu informasiyaları öz əli ilə verir. Bu sadəcə olaraq hərbi sirlərin cüzi hissəsidir. Rusiya bu yolla həmçinin Azərbaycana mesaj verir. Hesab edirik ki, Azərbaycan buna ciddi reaksiya verməlidir. Bu bir daha onu göstərdi ki, Azərbaycanın əlavə olaraq Mərkəzi Kəşfiyyat Agentliyinə ehtiyacı var. Bu agentlik peyk kəşfiyyatı ilə də təmin olunarsa, o zaman Azərbaycan dövləti hazırda cərəyan edən çətin siyasi proseslərdə əlavə dividentlər qazana bilər. Bu həm də düşməndən daha öndə olmağa xidmət edər”.

Qeyd edək ki, bu gün “RİA-Novosti” agentliyi Azərbaycanın hərbi sirlərindən ibarət infoqrafika yaymışdı.