backend

FAHİŞƏXANA DA İDMANÇI YETİŞDİRİRMİŞ

FAHİŞƏXANA DA İDMANÇI YETİŞDİRİRMİŞ












Apardığımız geniş tədqiqatlar nəticəsində bizə məlum olmuşdur ki, məmləkət mərkəzindəki Əcəmi Naxçıvani küçəsi 46 ünvanında yerləşən “Rusalka” adlı masaj salonuna yaşlı və yaxud da orta nəslin hər hansı nümayəndəsi masaj olunmaq üçün gələrsə, onlara gənclərin necə kinayə ilə gülməsinin dəfələrlə şahidi olmuşuq

Hətta bir neçə nəfərlə içəridə baş verən olaylar barəsində sorğu da aparmışıq. Onlardan aldığımız məlumata əsasən içəridə bir nəfər kəbin kəsən molladan başqa hər şey təşkil olunmuşdur. Amma, bu “Salon”a çox mötəbər bir Millət Vəkili nəzarət etdiyi üçün Hüquq-Mühafizə orqanlarının əməkdaşları burada heç bir əxlaqsızlıq yuvasının olmamasını iddia edirlər. Son zamanlar aldığımız məlumata əsasən, Həmin əxlaqsızlıq yuvası çox mötəbər bir qəzetin baş redaktorunu özlərinə mətbuat xidməti kimi fəaliyyət göstərməyi məsləhət vermişlər. Qeyd edək ki, “Rusalka” əxlaqsızlıq yuvasının mətbuat xidmətinin telefon vasitəsilə verdiyi məlumata əsasən məmləkə-timizdə “Rusalka” ilə yanaşı bir neçə belə fəaliyyət göstərən əxlaqsızlıq yuvaları vardır ki, onlar da hər biri ən azı üç nəfər idmançı yetiş-dirirlər. Maraqlıdır: əgər idmançıları əxlaqsızlıq yuvaları yetişdirirlərsə, onda nə üçün zəhmət çəkib bu qədər idman sarayları tikdiririk? Elə, bu əxlaqsız yuvaların sayını artırmaqla idmançılara xidmət göstərə bilmirikmi?