backend

“Korrupsiya bazarı”nın yerini Vergilər Nazirliyi və Maliyyə Nazirliyi yaxşı bilir

“Korrupsiya bazarı”nın yerini Vergilər Nazirliyi və Maliyyə Nazirliyi yaxşı bilir
























Eşitmişik ki, məmləkətimizdə “Korrupsiya Bazarı” deyilən əməlli-başlı bir bazarxana fəaliyyət göstərir

Eləməyib tənbəllik düz üç gün üç gecə araşdırma apardıq və məlum oldu ki, bu bazarxananın yerini məmləkətimizdə ən yaxşı bilən Vergilər Nazirliyi və Maliyyə Nazirliyidir. Amma, çox təəssüflər olsun ki, bu iki nazirlikliyin əməkdaşları bütün məlumatları sirr olaraq saxladıqları üçün millət həmin bazarxananın yerini heç cür öyrənə bilmir və bilməyəcək də.

Artıq bu millətin qazandığı cuzi pulları da bu iki nazirlik onların əlindən almağa nail olmuşdur. Amma, bu nazirliklərin fərqli cəhətləri odur ki, Vergilər Nazirliyi millətin ayrı-ayrı nümayəndələrindən şəxsən özü alır və kompüterə salır. Maliyyə Nazirliyi isə, millətin ümumi pulunu hasara, keyfiyyətsiz yollara, müxtəlif qazıntı işlərinə və sair digər lazımsız yerlərə dağıdır.

P.S. Istəkli oxucular. Elə bilməyin ki, həmin bazarxananın yerini təkcə bu iki nazirlik bilir. Əsla elə deyildir. Çünki, bu bazarxananın yerini məmləkətimizdəki bütün nazirliklər yaxşı bilirlər. Hətta bu bazarxananın dəqiq ünvanını Regionların İnkişaf Fondu da yaxşı bilir. Ona görə də heç də narahat olmağına dəyməz.