backend

Ruslan İzzətli: Sizlər susduqca ölkədə Xanlıq sistemi daha da güclənir

Ruslan İzzətli: Sizlər susduqca ölkədə Xanlıq sistemi daha da güclənir













31 yaşlı məhbus Elşad Babayevin 14 saylı cəzaçəkmə müəssisəsində işgəncə ilə öldürülməsi faktı ölkə içtimaətinin də diqqətindən kənarda qalmayıb

Ədiliyyə sistemində baş verən bu acıncaqlı cinayət hadisəsi haqqında D 18 Hərəkatının lideri Ruslan İzzətli də özünün “Facebook” səhifəsində yazı paylaşıb.
qaynarxett.az həmin yazını təqdim edir:
"Sevgili dostlar, çoxunuz yəqin ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyama qalxdıqları haqda məlumat haqda mətbutdan oxumusuz . Məhbusları ayağa qaldıran səbəb kimi 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi göstərilirdi.
Şəkillərə diqqət edin. Həbsxanalardakı durumu və kiçik bir məmurun özünü bu məmləkətdə xan hesab etməsini bu şəkillər bir daha sübut edir. Siyasi məhbusları və siyasi işləri bir kənara qoyuram, anlayıram ki, hakimiyyətinizin ömrün uzatmaq üçün siyasi həbslər və basqılar sizin maraq dairənizdir. Bu ölkədə bir düşüncə var ki, hüquq-mühafizə oranları siyasi işlərdə haqsızlıq edir, Amma, 1 il 6 ay məhkumluğu olan bu gəncin ki, siyasi iddiası və ya siyasi kimliyi yoxdur. Nədən bu gənc bu qədər vəhşicəsinə öldürülüb. Hüquq mühafizə orqanları, bu cinayətin səbəblərin açmasa və ya hansısa yazı bir şəxsin adına yazsa, tərcümeyi-hallarına yeni bir cinayəti salacaqlar.
Sevgili dostlar, bu cinayət bir daha sübut edir ki, sizlər susduqca bu ölkədə Xanlıq sistemi daha da güclənir."