backend

Gürcüstanın baş naziri Saakaşvilini xalq düşməni adlandırdı

Gürcüstanın baş naziri Saakaşvilini xalq düşməni adlandırdı






















“Keçmiş ali baş komandanın etdikləri utanc və xəyanətdir”

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu gün keçirdiyi mətbuat konfransında keçmiş prezident Mixail Saakaşvilini Gürcüstan xalqının düşməni adlandırıb. Bu barədə qaynarxett.az Gürcüstan KİV-nə istinadən bildirir.

Onun sözlərinə görə, Saakaşvili gürcü hərbçilərini ölkənin silahlı qüvvələrindən imtina edib Ukraynaya getməyə çağırıb.

“Bir sıra cinayətlərdə ittiham olunan keçmiş prezident Saakaşvili və onun komandasının üzvləri gürcü əsgərlərini Gürcüstan vətəndaşlığından və silahlı qüvvələrdən imtina edib Ukraynaya getməyə çağırırdı. Çünki orada yüksək maaşlar olacaq. Bununla bağlı şəxsi danışıqlar olub. Bu, birbaşa xəyanət və xəyanətə çağırışdır”, - Qaribaşvili deyib.

Baş nazir qeyd edib ki, bu cür çağırışlar yolverilməzdir.

“Saakaşvili ölkəmizin və xalqımızın düşmənidir... Keçmiş ali baş komandanın etdikləri ölkəmiz və xalqımıza qarşı utanc və xəyanətdir”, - o deyib.

Qaribaşvilinin sözlərinə görə, Saakaşvilinin əsas qayğısı ondan ibarətdir ki, “Gürcüstanda münaqişə, çaxnaşmalar baş versin və ölkə yenə Rusiya ilə qarşıdurmaya qalxsın – düşmənçilik məhz budur”.