backend

Ekspert: Faizlərin yüksək olması əhalini əmanət bazarından qaçıracaq

Ekspert: Faizlərin yüksək olması əhalini əmanət bazarından qaçıracaq






















“Sığortalanmayan əmanətlərin miqdarı artır”

Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsini mərhələlərlə 12%-dən 9%-ə salandan sonra, əhalinin bir hissəsi vəsaitlərini geri çəksə də, bir hissəsi isə yüksək faizə üstünlük verdi.

qaynarxett.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.

O qeyd edir ki, “bunun nəticəsi olaraq, sığortalanmayan əmanətlərin payı bir ildə (oktyabr 2013 - sentyabr 2014) 34%-dən 47,6%-ə yüksəldi. Bu müddətdə qorunmayan əmanətlərin həcmi 1,17 milyard manat artdı, qorunan əmanətlər isə 450 milyon manat azaldı. Hazırda 3,14 milyard manatlıq əmanət 9%-dən yüksək, 3,42 milyard manat isə aşağı faizlə yerləşdirilib. Bu, nəyi göstərir? Onu göstərir ki, mövcud faizlər əmanətçiləri qane etmir və onlar bankların bağlanması məsələsinin (məcmu kapitalı 50 milyon manata çatdıra bilməyən banklar) gündəmdə olduğu dövrdə də riskə gedərək pullarını yüksək faizlə banklarda yerləşdirirlər”.

Samir Əliyevin fikrincə, faiz dərəcələrinin indiki səviyyədə saxlanması əhalini əmanət bazarından qaçıracaq.

“Belə vəziyyətdə özünə daha çox əmanəti cəlb etmək üçün banklar faiz dərəcələrini artırmaq məcburiyyətində qalacaqlar. Bu isə əmanət bazarında faizlərin artmasını, o da ən azı kredit faizlərinin ucuzlaşmasının qarşısını alacaq”- deyə, ekspert qeyd edib.