backend

Bu mağazalardan mal almayın – XƏBƏRDARLIQ!

Bu mağazalardan mal almayın – XƏBƏRDARLIQ!






















İstehlakçıların nəzərinə!

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

Nazirlikdən verilən məlumata əsasən, monitorinqlər zamanı Bakının Xəzər, Xətai, Nizami, Binəqədi rayonlarında, Abşeron rayonunda, eləcə də Sumqayıt, Gəncə, Ucar, Bərdə, Şamaxı, Şəki, Lənkəranda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:

Abşeron rayonunda

- Saray qəsəbəsi, Ş.Qurbanov küçəsində Elman Əmrahova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xəzər rayonunda

- Şüvalan qəsəbəsində Allahverdi Həsənova məxsus mağazada;

Nizami rayonunda

- Q.Qarayev prospekti, 104/32 ünvanında Qədir Yaqubova məxsus mağazada;

Binəqədi rayonunda

- M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, 27B ünvanında Vilayət Məmmədova məxsus mağazada;

Sumqayıt şəhərində

- 17-ci məhəllə, Dostluq küçəsi, 3/46 ünvanında Rauf Qəhrəmanova məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda

- S.Vəzirov küçəsi, 11B ünvanında Asəf Rəhimova məxsus mağazada;

Binəqədi rayonunda

- Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Azər Hüseynova məxsus mağazada;
- Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi, 2 ünvanında Ramil Məmmədova məxsus mağazada;

Abşeron rayonunda

- Saray qəsəbəsində İslam Hüseynova məxsus mağazada;

Gəncə şəhərində

- Xətai və M.K.Atatürk prospektlərinin kəsişməsində Nazim Hüseynova məxsus mağazada;
- Cavad Xan küçəsi, 112 ünvanında Gəncəvi Həsənova məxsus mağazada;

Ucar şəhərində

- 28 May küçəsində Xanlar Salmanova məxsus mağazada;

Bərdə şəhərində

- Ü.Hacıbəyov küçəsində Aqşin Əliyevə məxsus mağazada;

Şamaxı rayonunda

- Çuxuryurd kəndində Şahin Hüseynova məxsus mağazada;

Şəki şəhərində

- S.Rəhimov küçəsi, 56 ünvanında Elman Xasməmmədova məxsus mağazada;
- S.Rəhman küçəsində İslam Həbibillayevə məxsus mağazada;

Lənkəran şəhərində

- Ləvəngi dairəsində Əli Mikayılzadəyə məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.