backend

Bakıda qanuni Şaxta babaların sayı açıqlandı

Bakıda qanuni Şaxta babaların sayı açıqlandı






















“Lisenziya qiyməti 60 manatdır”

Bu günə qədər paytaxt ərazisində 26 nəfərə Şaxta baba lisenziyası verilib.

Bu sözləri Bakı Şəhər İcra Hakimiyyəti yanında Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib.

Onun sözlərinə görə, lisenziyanın qiyməti 60 manatdır. Heyət şəklində olduqda, yəni fotoqraf, Qar qız, Şaxta baba - bu halda lisenziyanın qiyməti 180 manat təşkil edir.