backend

Azərbaycanda ər arvadını xüsusi amansızlıqla öldürdü

Azərbaycanda ər arvadını xüsusi amansızlıqla öldürdü






















Onlar 15 ildir evli idilər

Bu gün səhər saat 07 radələrində Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Kakalos kəndində qeydə alınıb.

Kənd sakini İsmayıl Əkbərov həyat yoldaşı 1983-cü il təvəllüdlü Aytən İlham qızı Nurullayevanı dəhşətli şəkildə öldürüb.

Kişi əvvəlcə dəmir boru ilə qadının başına bir neçə ağır zərbə vurub. Zərbənin təsirindən qadının başı əzilib. Daha sonra yerdə qan içində çapalayan qadının ürəyinə çoxsaylı bıçaq zərbələri endirib.

Qadın yerindəcə keçinib.

Hadisənin qısqanclıq səbəbindən baş verdiyi bildirilir.

Qətlə yetirilən qadının anası bildirib ki, qızı ilə kürəkəni arasında indiyə qədər heç bir problem olmayıb.

Qeyd edək ki, onlar 15 ildir evlidirlər. Onları 3 övladları var. Uşaqlardan birinin 14, sonuncunun isə 2 yaşı var.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.