backend

Music Gallery alıcıları necə aldadır – FOTO

Music Gallery alıcıları necə aldadır – FOTO






















“Sadəcə qiyməti qaldırıb və faizlə endirim göstəriblər”

Bakıda alıcı Music Gallery şirkətindən düzgün olmayan endirim siyasəti ilə qarşılaşıb.

qaynarxett.az xəbər verir ki, Facebook istifadəçisi İlqar Həsənov bu barədə ətraflı məlumat yazaraq, çəkdiyi fotoşəkilləri təqdim edib:

“Dostlar!

Yeni il ərəfəsində TV və radioların efiri, mağaza vitrinləri, bütün qəzet və jurnalların səhifələrində mağaza və firmalardan sərfəli təkliflər barədə məlumatlar yer alır.

Lakin biz bu məlumatların nə dərəcədə sərfəli olub-olmaması barədə düşünmüşükmü? Mağaza sahibləri bizi yeni il ərəfəsi bazarlıq zamanı bizləri aldadırlarmı? Qarşılaşdığım bir epizodla bağlı fikrimi bölüşdürmək istəyirəm, özünüz nəticə çıxararsınız.

Deməli, bu il dekabrın 26-da noutbuk seçmək üçün Music Gallery mağazasına üz tutdum. Mən kompüterlər üzrə mütəxəssis olmadığım üçün xoşuma gələn noutbukların fotoşəkillərini çəkirdim ki, sonradan onların texniki göstəricilərini digər mağazalardakı müxtəlif modellərlə müqayisə edim. Yerləşdirdiyim ilk şəkil və DELL noutbukunun texniki göstəriciləri həmin vaxtı Music Gallery-də çəkilib.

Heç bir aksiya yaxud endirim yoxdur və qiyməti 299,9 AZN təşkil edir. Mağaza satıcısı xəbərdar edir ki, Yeni il ərəfəsində endirimlər olacaq – bəlkə elə bu modelə də.

10 gün sonra mən kompüteri almaq üçün mağazaya gəlirəm və təəccüblə görürəm ki, EYNİ MODEL NOUTBUKUN qiyməti artıq 359,9 manat təşkil edir. Marketoloqlar sizin qayğınıza qalmaq üçün həyatınızda sonuncu şans və supertəklif təqdim edirlər – 20% endirim. Mahiyyət etibarilə: sadəcə qiyməti qaldırıb və faizlə endirim olduğunu yazıblar, lakin əslində endirim yoxdur. Axı yəqin ki, sadəcə istehlakçıların növbəti parlaq elanı rahatlıqla udacağına və superfaydalı təklifə aldanacaqlarına əmindirlər.

İndi isə gəlin özünüz üçün üç sadə suala cavab verin:

- bu yeni il aksiyasını düşünüb-tapan marketinq dahiləri alıcıları nə yerinə qoyurlar?
- belə münasibətdən sonra alıcılar Music Gallery-nin onlarda ən sərfəli təklif, şərait və sair olması barədə bəyanatlarına inana bilərlərmi?
- və nəhayət, sizcə mən noutbuk aldımmı yaxud nə vaxtsa ordan bir şey alacağammı?”.

Hazırda biz Music Gallery şirkəti ilə əlaqə saxlayıb məsələ ilə bağlı onların rəyini öyrənməyə cəhd göstəririk.

Music Gallery alıcıları necə aldadır – FOTO