backend

Moksvada narkotik satan azərbaycanlı mayor tutuldu

Moksvada narkotik satan azərbaycanlı mayor tutuldu
























Həbs olunan böyük klanın üzvüdür

Dekabrın 26-da Moskvada Böyük Çerkizovski küçəsində pərakəndə narkotik alveri ilə məşğul olan 43 yaşlı polis nəfəri saxlanılıb.

qaynarxett.az-nun “Moskovskiy komsomolets”ə istinadən verdiyi məlumata əsasən, əslən Azərbaycandan olan mayor Şərq dairəsində narkotikdən asılı olan vətəndaşlara heroin satırdı, həmçinin ərazidə digər dilerlərlə qeyri-qanuni biznesini inkişaf etdirməklə bağlı işlər aparırdı.

“Moskovskiy komsomolets”ə məlum olub ki, cümə günü saat axşam saat 9-da 30 saylı evin yaxınlığında polis DİN idarəsinin yüksək vəzifəli əməkdaşını qandallayıb.

Saxlanılan şəxsin üzərində xüsusi böyük çəki hesab olunan 235 qram heroin olub. O, saxlanılarkən özünü itirib və polis əməkdaşlarına nə deyəcəyini bilməyib. Sonra o üzərində aşkar olunmuş narkotik vasitənin guya sübut olduğunu bildirib. Lakin polis əməkdaşları yaxşı bilirdilər ki, saxlanılan gün onun qeyri-iş günü olub və sübutun üstündə saxlanılmasına səbəb olmayıb.

Mayorla yanaşı Tacikistan əsilli vətəndaş da saxlanılıb. O, polisdən reallaşdırmaq üçün növbəti payı almağa gəlibmiş. Polislər əmindir ki, saxlanılan polis narkotik alverçilərinə pərakəndə satış üçün hissələr tədarük edirdi. Çox güman ki, saxlanılan şəxs paytaxtın şərqində heroin satışı ilə məşğul olan böyük klanın üzvüdür.