backend

Azərbaycanda baş kəsildi

Azərbaycanda baş kəsildi

Zərdab sakini başı kəsilmiş vəziyyətdə tapılıb. qaynarxett.az-nun məlumatına görə, bu barədə rayon polis şöbəsindən APA-ya bildirilib. Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda bu gün səhər saatlarında rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Məlumata görə, R. Zeynalov dünən axşam saatlarında yoxa çıxıb.

Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi və motivi hələlik bəlli deyil.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.