Astara rayonunda ailə münaqişəsi nəticəsində qətl hadisəsi qeydə alınıb.
qaynarxett.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 29-da Astara rayonunun Kakalos kəndində İsmayıl Əkbərov yaşadığı evdə qısqanclıq zəminində arvadı Aytəni boğma yolu ilə qətlə yetirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov tutulub.
Faktla bağlı araşdırmalar davam edir.