backend

“Rosneft” Qafqaza girdi: Xəzər neftini daşıyan şirkət ələ keçdi

“Rosneft” Qafqaza girdi: Xəzər neftini daşıyan şirkət ələ keçdi

“Rosneft” “Petrocas Energy Limited” şirkətinin səhmlərinin 49%-ni əldə edib”.

qaynarxett.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Rosneft” şirkəti yayıb.

Şirkət Cənubi Qafqazda bir sıra layihələrin reallaşdırılmasında iştirak edəcəyini bildirib.

Qeyd edək ki, “Petrocas Energy Limited” şirkətinin Direktorlar Şurasının sədri David Yakobaşvilidir. Hazırda şirkət Gürcüstanda 140 benzindoldurma məntəqəsinə sahibdir. Onun Azərbaycan, Ermənistan, Qazaxıstanda da yanacaqdoldurma məntəqələri var. Şirkətin mənzil qərargahı Kiprdə yerləşir. Şirkət Xəzər dənizindən Qara dəniz sahilinə qədər neft və neft məhsullarının nəqlini həyata keçirir. Onun tabeliyində Poti və Batumidə neft terminalları mövcuddur.