backend

Azərbaycanda doğum və ölüm göstəriciləri haqda - HESABAT

Azərbaycanda doğum və ölüm göstəriciləri haqda - HESABAT






















Yanvarın 1-dən diridoğulmanın beynəlxalq meyarları tətbiq olunacaq

Səhiyyə Nazirliyi bu il əhalinin doğum və ölüm göstəriciləri, o cümlədən xəstəliklərlə bağlı hesabat açıqlayıb.

qaynarxett.az xəbər verir ki, bu il doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 18,3, ölüm isə 5,8 faiz olub. İl ərzində təbii artım 12,5 faiz olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir.

Məlumatda o da bildirilir ki, gələn il yanvarın 1-dən diridoğulmanın beynəlxalq meyarları tətbiq olunacaq.

Bu il körpə ölümü göstəricisi 10,2 promilli təşkil edib. Ana ölümü əmsalı isə hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub.