backend

Qonşumuz ordusunu geri çəkir

Qonşumuz ordusunu geri çəkir

Gürcüstan bu gündən Əfqanıstanda olan kontingentini iki dəfə azaldıb.

qaynarxett.az Axar.az-a istinadən xəbər verir ki, hazırda Əfqanıstanda 750 gürcü hərbçi var.

Hərbi kontingentin azaldılması barədə Gürcüstan hökuməti Baş nazir İrakli Qaribaşvilinin rəhbərliyi altında 8 iyun 2014-cü ildə qərar qəbul etmişdi.

Gürcüstanın sabiq Müdafiə naziri İrakli Alasaniya isə Əfqanıstanda sülh missiyasını icra edən gürcü hərbçilərin sayının 1500-dən 250-ə qədər azaldılacağını vurğulamışdı və beləliklə, qarşıdakı aylarda Gürcüstanın daha 500 hərbçisini geri çağıracağı gözlənilir.