backend

“Boko Haram” silahlıları 15 dinc sakini qətlə yetiriblər

“Boko Haram” silahlıları 15 dinc sakini qətlə yetiriblər






















Öldürülənlərin hamısının dinc sakin olduğu bildirilir

Nigeriyada fəaliyyət göstərən “Boko Haram” terror qruplaşmasının silahlıları Kamerunun şimalında avtobusa hücum edib.

qaynarxett.az-nun APA-ya istinadən verdiyi xəbərə görə, nəticədə azı 15 nəfər ölüb, daha 10 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, silahlıların hücumuna Kusseri-Maura marşrutu ilə hərəkət edən sərnişin avtobusu məruz qalıb.

Öldürülənlərin sayının artacağı istisna olunmur. Onların hamısının dinc sakin olduğu bildirilir.