backend

“Xəzər Lənkəran”dan 14 futbolçu qovuldu

“Xəzər Lənkəran”dan 14 futbolçu qovuldu






















“Sumqayıt”a icarəyə verilmiş Orxan Əliyev isə geri qaytarılıb

“Xəzər Lənkəran” heyətində saxladığı futbolçuların adlarını açıqlayıb.

qaynarxett.az fanat.az-a istinadən xəbər verir ki, mövsümün əvvəllərində Peşəkar Futbol Liqasına təqdim edilmiş sifariş ərizəsindəki oyunçulardan cəmi 14-ü komandada qalıb.

“Xəzər Lənkəran” rəhbərliyi qapıçılar Orxan Sadıqlı, Vyekoslav Tomiç və Tərlan Qasımzadə, müdafiəçilər Rasim Ramaldanov, Tural Cəlilov və Elvin Mirzəyev, yarımmüdafiəçilər Rahid Əmirquliyev, Alfred Sanko, Sadio Tounkara, Kazım Kazımlı, Kamran Abdullazadə və Bəhruz Teymurov, eləcə də hücumçular Ağabala Ramazanov və Elnur Cəfərovu heyətdə saxlayıb. Eyni zamanda “Sumqayıt”a icarəyə verilmiş Orxan Əliyev də geri qaytarılıb.

Əvəzində 13 futbolçu ilə yolların ayrılmasına qərar verilib. Bunlar qapıçı Cahangir Həsənzadə, müdafiəçilər Tyeqo de Xesus, Manuel Skarlatake, Aleksandr Şemonayev, Vanderson Skarduelli, yarımmüdafiəçilər Fernando Qabriel, Deyan Blajevski, Qalin İvanov, Uğur Pamuk, Rəşad Sadiqov, Əfran İsmayılov və Elnur Abdullayev, eləcə də hücumçu Rauf Əliyevdi.