backend

Bakıda mənzildə yaşlı kişinin meyiti aşkarlanıb

Bakıda mənzildə yaşlı kişinin meyiti aşkarlanıb






















Hadisə yerinə çağırılmış həkimlər Rəsulovun vəfat etdiyi müəyyən edib

Bakı şəhəri Səbail rayonunda 1956-cı il təvəllüdlü Kamran Vəli oğlu Rəsulov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

qaynarxett.az-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K. Rəsulovun vəfat etdiyi müəyyən olunub.