backend

Bakıda dilənçilərə qarşı əməliyyat keçirilib: 78 nəfər saxlanılıb

Bakıda dilənçilərə qarşı əməliyyat keçirilib: 78 nəfər saxlanılıb






















Onlara xəbərdarlıq edildikdən sonra yaşadıqları Xızı və Yevlax rayonlarına göndəriliblər

Paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslər tutulub.

qaynarxett.az-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dilənçiliklə məşğul olduqları üçün Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən 72 nəfər (22 qadın, 17 kişi və 33 azyaşlı), Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən isə 6 nəfər (2 qadın və 4 azyaşlı) saxlanılıb.

Onlara xəbərdarlıq edildikdən sonra müvafiq olaraq yaşadıqları Xızı və Yevlax rayonlarına göndəriliblər.