backend

İŞİD Tibb fakültəsi açır

İŞİD Tibb fakültəsi açır

İŞİD Suriyanın Rakka şəhərində Tibb fakültəsi açacağını bildirib.

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, IŞİD, 2 milyard dollar olan illik büdcəsini 2015-ci ildə 250 milyon dollar artırmaq qərarı verib. 62 bankı ələ keçirən IŞİD, təkcə neftdən gündə bir milyon dollar pul qazanır. Neft xaricindəki ən böyük gəliri isə zəkat və əsirlər qarşılığında ölkələrdən aldığı fidyədir.

İŞİD 3 ildə doktor yetişdirəcək

İŞİD, Suriyanın Rakka şəhərində Tibb fakültəsi açacağını bildirib. PKK-ya yaxın Rudav xəbər agentliyinin yerli mənbələrdən aldığı məlumata görə, şəhər mərkəzində məlumat yayan İŞİD, qurulacaq tibb fakültəsinə qeydiyyat üçün tələbələrdən hazırlıq görmələrini bildirib.

IŞİD Səhiyyə Divanı imzalı müraciətdə , tələbələrin 3 illik təhsilin ardından həkim olacağı, 18-30 yaş arasında olanların bir ay ərzində fakültədə qeydiyyatdan keçməsi lazım olduğu bildirilib.