backend

ARDNŞ-dən rekord

ARDNŞ-dən rekord

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ümumi aktivlərinin həcmi 1 iyul 2014-cü il tarixinə 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə beş dəfə artaraq 24 milyard 442 milyon manata çatıb.

qaynarxett.az-nun ARDNŞ-ə istinadla verdiyi məlumata görə, şirkət ötən il öz tarixində ilk dəfə olaraq dövlət büdcəsinə rekord səviyyədə - 1 milyard 825 milyon manat həcmində ödəmələr (gəlir vergisi istisna olmaqla) edib.

Bu barədə şirkətdə keçirilən 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.

Müşavirədə qeyd edilib ki, bu il şirkətin həyata keçirəcəyi neft-qaz əməliyyatlarının başlıca məqsədi Azərbaycan Respublikasının yanacaq-enerji balansına uyğun olaraq, neft məhsullarına və təbii qaza ölkədaxili tələbatın təmin olunmasından ibarətdir. Bu məqsədlə ARDNŞ-in bütün idarə və müəssisələrində xərclərin optimallaşdırılmasına nail olunmalıdır.