backend

Ordumuza 60 milyon manat

Ordumuza 60 milyon manat

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yanvar ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.

qaynarxett.az Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, yanvar ayının 1-dək 60 milyon 603 min 102 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Xatırladaq ki, dekabr ayının 1-dək bu vəsait 59 milyon 196 min 80 manat, 211 min 791 ABŞ dolları və 593 avro təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxil olmalardır.