backend

Almanlar islama qarşı ayağa qalxdılar

Almanlar islama qarşı ayağa qalxdılar
























Nümayişlərdə 22 minə yaxın insan iştirak edib

Almaniyanın Drezden şəhərində 18 minə yaxın insan “Qərbin islamlaşmasına” qarşı etiraz aksiyasında iştirak ediblər, qaynarxett.az Reuters-ə istinadən xəbər verir.

“Avropalılar-vətənpərvərlər Qərbin islamlaşmasına qarşı” (PEGİDA) hərəkatının tərəfdarları miqrasiya qanunlarının sərtləşdirilməsi və ölkəyə qaçqın axınının məhdudlaşdırılması tələbi ilə nümayişə çıxıblar.

Mitinqlər Drezdenlə paralel olaraq, Berlin, Münster, Hamburq və Ştutqartda keçirilib.

Ümumilikdə etiraz aksiyalarında 22 minə yaxın insan iştirak edib.

Bazar ertəsi Noyşterlits şəhərində (Almaniyanın şərqində) ölkənin kansleri Angela Merkel bəyan edib ki, Almaniyada “sağ ekstremistlər, əcnəbilər və yəhudilərə qarşı düşmənçiliyə” yer yoxdur.

O, öz yeni il müraciətində həmçinin islama qarşı etirazlardan qaçmağa səsləyərək, bu aksiya iştirakçılarının “ürəklərində nifrət” olduğunu bəyan edib.

Ötən il Almaniyaya 200 minə yaxın qaçqın gəlib. Həmin insanların böyük hissəsi Yaxın Şərq dövlətlərinin sakinləridir.