backend

Güclü partlayış: ölənlər var

Güclü partlayış: ölənlər var

Xırdalan şəhərində partlayış baş verib

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Abşeron rayon prokuroru Qənimət Səfərov APA-ya bildirib ki, hadisə bu gün saat 12.00 radələrində Xırdalan şəhərində fəaliyyət göstərən taxta emalı sexində qeydə alınıb.

Sexdə kompressorun partlaması nəticəsində orada işləyən fəhlələr – Aydın Fətullayev və Miraslan Ağayev ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.