backend

Dünyanın məşhur “qanuni oğruları” Ermənistanda toplanır – VİDEO

Dünyanın məşhur “qanuni oğruları” Ermənistanda toplanır – VİDEO






















“Bu hadisə öz möhtəşəmliyi ilə hətta Soçi olimpiadasını kölgədə qoya bilər”

Dünən - yanvar ayının 5-də İrəvan ətrafında nəhəng “qanuni toplantı” start götürüb, bəzi “qeyri-peşəkar” KİV-in məlumatına görə, toplantı Moskvada baş tutmalı idi.

Paytaxtın hüquq-mühafizəçiləri bu səbəbdən ciddi şəkildə narahat olaraq, paqon və kreslolarını itirməmək üçün təcili surətdə xəbəri təkzib edərək bütün mühafizə tədbirlərini gücləndirməli oldular.

Nəticədə “oğru qurultayı”nı qəbul etmə hüququnu postsovet məkanında ən tədbirli millət qazandı.

qaynarxett.az “Praym Kryam” informasiya agentliyinə istinadən xəbər verir ki, öz tarixi mahiyyətinə görə bu hadisə öz möhtəşəmliyi ilə hətta Soçinin keçən ilki olimpiada təntənəsini kölgədə qoya bilər. Belə ki, bu tədbirin təşkilatında eyni adamların əli olması da mümkündür.

Həqiqətən belə miqyaslı hadisəni yeni tarixdə heç kim xatırlamır. Başqa sözlə desək, bu sayda “oğru”, oğru dünyasında ən qarışıq münaqişələrdən birini həll etmək üçün yığılmamışdı.

Xatırladaq ki, 1998-ci ildə, əvvəlcə “papa”da, sonra isə “mama”da yüzlərlə “qanuni oğru” yığılmışdı, amma milisin müdaxiləsi nəticəsində bu görüş məntiqi sonla nəticələnmədi. İndi deyəsən, bütün imkanlar yaradılıb ki, oğrular öz aralarında razılığa gəlsinlər.

“Bizim məlumata görə, “oğru forumu” yüksək səviyyədə yüzə yaxın nümayəndəni qəbul etməyə hazırlaşır. Əslində əsas iştirakçılar artıq lazımi yerdədirlər. “Oğru dünyası”nın məşhur korifeylərindən olan 69 yaşlı Borya Apakela artıq İrəvandadır, onun iştirakı bütün fikir ayrılıqlarının sülh və məntiqlə həll olunacağına ümid verir.

Əvvəldə olduğu kimi, gələnlərin əksəriyyəti Zaqafqaziya xalqlarının nümayəndələridir, amma deyəsən bu dəfə slavyanların sözü son söz olmayacaq.

Srağagün Moskvadan İrəvana eyni təyyarədə Şişkan və Şakro gəlib, ona sammitin təşəbbüskarı rolu verilib. Bu ərəfədə “rusaklardan” Çeburaşka və Mirıç qoşulub. Sual altında olsa da Ded Xasanın sələfləri olan: Piçuqa və Voskresin də bu sammitə qoşulacağı gözlənilir. Hələ ki, onların İrəvana gəlişi onlardan asılı olmayan “əsgəri” səbəblərə görə təxirə salınır.

Yəqin ki, bu iki nəfər, İrəvan görüşündən sonra qaçınılmaz olan “volens-nolens” dəyişikliklərdə hamıdan az maraqlıdırlar.

Bununla yanaşı, oğru çevrəsindən sızan məlumata görə xırdalanacaq söhbətin bəzi istiqamətləri məlum olub. Əsasən, ən ciddi söhbət əsassız şəkildə Edik Asatryanın səlahiyyətlərini şübhə altında qoyanlarla olacaq.

Müvafiq olaraq Şakronun Osetrinanı hərtərəfli müdafiə etmələri nəticəsində münaqişəyə qarışan Muxa və Kostılya qarşı mövqeyini ehtimal etmək çətin deyil. Bundan başqa, Şakro birmənalı şəkildə yanında Badronu görmək istədiyini bildirib. Ona dair “Ded”in mergelləri qiyabi qərar çıxarmışdılar.

Bundan çıxış edərək “risk qrupuna” Kardava qardaşlarının başçılıq etdiyi, onların istefasından sonra isə Gelanın keçmiş qayınatası Meraba Mzareluanın rəhbərliyi altına keçmiş bütöv bir qruplaşma düşür.

Meraba isə Ermənistana səfərdən səhhətində olan problemlərə görə etiraz edib. Öz növbəsində “Ded”in anafemasına sadiq olan Merab Canqveladze və Tariel Onianinin rəhbərlik etdikləri, suxumililər və kutaisililərin amnistisiyası gözlənilir. Badri onların ucbatından zərər çəkmişdi, indi isə reabilitasiya edilib.

Eləcə də, daha öncə bəyan edilmişdi ki, son beş ildə “dəstə-dəstə buraxılmış” oğru kadrlarının ən geniş təftişi gözlənilir. Şübhəsiz ki, İrəvan toplantısından sonra çoxlarının adı alınacaq. Digər tərəfdən, öz əvvəlki status-kvosunu qaytarmaq üçün irəvanlı Seva və Bco iddia edirlər, deyilənlərə görə şansları o qədər də ümidsiz deyil”, - sayt yazır.